Pazartesi, Mayıs 19, 2025
  • Login
Ehlibeyt Medya
  • ANASAYFA
  • EHLİBEYT
  • KUR-AN’I KERİM
    • Cüzlere Göre Kur-an’ı Kerim
    • Sırasıyla Sureler Görüntülü ve Sesli Okunuşu
    • Meşhur Kârilerin Sesleriyle Kur’an-i Kerim
      • Abdulbasit Abdussamed
  • DUALAR
    • Dua Videoları
    • İlahiler
    • Günlük namazlardan sonra okunulan dualar
    • Meşhur Dualar
    • Münacatlar
    • Ziyaret Duaları
    • Haftanın Günleri Duası
  • HADİSLER
    • Peygamber Efendimiz Hz. Muhammed (s.a.a.) ve Ehlibeyt Aleyhumusselamdan Hayatımızın Her Alanına Işık Tutan Bilgiler ve Tavsiyeler (Hadisler)
  • KÖŞE YAZARLARI
    • Hasan Karabulut
    • Ramil Bedelov
    • Ramin İgidov
    • Haşim Erdoğan
    • Ahmed Erdem
    • Ahmet Alçiçek
    • Ammar İlter
    • Behlül Salmanlı
    • Celal Erdem
    • Serdar Aytekin
    • Ehliman Rüsdemov
    • Bayram Dalga
    • Ali Akın Caba
    • Yusuf Toprak
    • Muhammet Sayan
  • DİNİ SOHBETLER
    • Hasan Karabulut
      • Cem TV Gündem Ehli Beyt Programları
      • Erbain
      • Aşura Konuşmaları
      • Habertürk TV Yeni Bakışlar Programları
      • HRT Akdeniz TV Programları
      • Zuhur TV Programları
    • Behlül Salmanlı
    • Haşim Erdoğan
    • Ahmet Erdem
    • Ramin İgidov
    • Ahmet Alçiçek
    • Ehliman Rüsdemov
    • Ramil Bedelov
  • KİTAPLAR
  • SORU-CEVAP
  • İLETİŞİM
No Result
View All Result
  • ANASAYFA
  • EHLİBEYT
  • KUR-AN’I KERİM
    • Cüzlere Göre Kur-an’ı Kerim
    • Sırasıyla Sureler Görüntülü ve Sesli Okunuşu
    • Meşhur Kârilerin Sesleriyle Kur’an-i Kerim
      • Abdulbasit Abdussamed
  • DUALAR
    • Dua Videoları
    • İlahiler
    • Günlük namazlardan sonra okunulan dualar
    • Meşhur Dualar
    • Münacatlar
    • Ziyaret Duaları
    • Haftanın Günleri Duası
  • HADİSLER
    • Peygamber Efendimiz Hz. Muhammed (s.a.a.) ve Ehlibeyt Aleyhumusselamdan Hayatımızın Her Alanına Işık Tutan Bilgiler ve Tavsiyeler (Hadisler)
  • KÖŞE YAZARLARI
    • Hasan Karabulut
    • Ramil Bedelov
    • Ramin İgidov
    • Haşim Erdoğan
    • Ahmed Erdem
    • Ahmet Alçiçek
    • Ammar İlter
    • Behlül Salmanlı
    • Celal Erdem
    • Serdar Aytekin
    • Ehliman Rüsdemov
    • Bayram Dalga
    • Ali Akın Caba
    • Yusuf Toprak
    • Muhammet Sayan
  • DİNİ SOHBETLER
    • Hasan Karabulut
      • Cem TV Gündem Ehli Beyt Programları
      • Erbain
      • Aşura Konuşmaları
      • Habertürk TV Yeni Bakışlar Programları
      • HRT Akdeniz TV Programları
      • Zuhur TV Programları
    • Behlül Salmanlı
    • Haşim Erdoğan
    • Ahmet Erdem
    • Ramin İgidov
    • Ahmet Alçiçek
    • Ehliman Rüsdemov
    • Ramil Bedelov
  • KİTAPLAR
  • SORU-CEVAP
  • İLETİŞİM
No Result
View All Result
Ehlibeyt Medya
Turkish- Eng.- Arabic- Russian-Azer.- Persian

Ehlibeyt Alimi İlahiyatçı Yazar Ramil Bedelov-Şehidi Öldürmeyelim!

in Ehlibeyt Medya Gündemi, Köşe Yazarları, Ramil Bedelov
Ehlibeyt Alimi İlahiyatçı Yazar Ramil Bedelov-Şehidi Öldürmeyelim!


Şəhidi Öldürməyək!


Əməvilər dövründə (661-750) ilahi dəyərlər demək olar ki, tamamilə sıradan çıxma ərəfəsində idi. Cəmiyyət o qədər tənəzzül etmişdi ki, hətta şəhid və şəhidliyə heç bir dəyər verilmirdi. Bu dövrdə islam ərazisinin genişlənməsinə baxmayaraq, maarif daralırdı. Qurani-Kərim müəyyən mənada tədris edilirdisə, onun təfsiri öyrədilmirdi. Hədislər yandırılrdı. Bunun nəticəsi idi ki, insanlar haqqı batildən ayırd edə bilmirdilər. Belə halda cəmiyyətdə savadsızlığın, cəhalətin hökm sürməsi qaçılmaz idi. Lakin, qeyd edək ki, insanlar maariflənmədən uzaq düşsələr də, gündəlik ibadətlərini yerinə yetirirdilər. Bu isə birtərəfli inkişaf deməkdir. Çünki ibadət və maariflənmə birgə inkişaf etməlidir. Əks halda heç bir tərəqqidən söz gedə bilməz. Tibb elmində eynilə buna bənzər bir xəstəlik növü var ki, insanın bədəni yaşından daha tez inkişaf edir.Yəni, həddi-büluğun əlamətləri özünü vaxtından əvvəl göstərir. Bu cür inkişaf prosesinə insan ürəyi tab gətirə bilmir, qüvvədən düşür və nəticədə insan ölür.
Qeyd etdiyimiz kimi, bu dövrdə fəth edilən ərazilərin, eləcə də ibadət edən insanların sayının çoxalması və eyni zamanda heç bir maariflənmə işinin görülməməsi öz-özlüyündə İslam dininə və mədəniyyətinə vurulan ağır bir zərbə idi. Belə ki, ərazilər böyüdükcə islam mədəniyyətinə yad mədəniyyətlər, qeyri-islami təfəkkürlər, xurafatlar sirayət edirdi. Cəmiyyətdə maariflənmə aparılmadığına görə bu “zərərverici axın”ın qarşısını ala bilmirdilər. Bunun məntiqi nəticəsi kimi xəvaric meydana çıxdı. Digər tərəfdən isə Şam əhlini qeyd edə bilərik.
İlahi dəyərlərin sıradan çıxdığı və şəhidlik məfhumunun ucuz tutulduğu belə bir dönəmdə İmam Hüseynin (ə.s) göstərdiyi fədakarlıq yeni bir tarix yazdı. 
Şəhidlik Allah üçün müqəddəs bir məqamdır. Bu mənada Allah Özü Qurani-Kərimdə buyurur:

وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا  بَلْ أَحْيَاءٌ…

 “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər…” (Ali-İmran, 169) 
Təfsirçilərdən biri bu ayədə işlənən “diridirlər” ifadəsini belə izah etmişdir: “şəhidi yaşadın, izn verməyin şəhid ölsün”. Bir sözlə şəhidi öldürməyin. Bəli, insan şəhidi yaşada bilməlidir. Şəhidin yaşaması üçün isə şərt olan bir neçə amil var ki, onlar aşağıdakılardır:
 – şəhidin hədəfinin yaşaması;
 – ilahi dəyərlərin yaşaması;
 – insanların bir-birini düşünməsi;
 – cəmiyyətin təfəkkürünə fədakarlıq ruhiyyəsinin hakim olması və s.
Şəhidlər iki mühüm vəzifəni icra edirlər: şoran torpağı münbit torpağa çevirir və onu qanları ilə suvarırlar.Şoran torpağı münbit torpağa çevirmək şəhidlərin öhdəliyinə düşən birinci mühüm vəzifədir. Bildiyimiz kimi bəzi pak olmayan şeylər su ilə pak edilir. Lakin elə pak olmayan şeylər də var ki, onları su ilə pak etmək mümkün deyil. Məsələn, zillət. Zilləti su deyil, qan pak edər. Təbii ki, burada qan dedikdə, şəhid qanı nəzərdə tutulur. Şoran torpaq da bunun kimidir. Onda nə əksən bitməz; gübrə və s. əlavələr qatılmalıdır ki, torpaq əkin üçün yararlı olsun. Məhz bu mənada şəhid şoran torpağı münbit torpağa çevirir.
Bəhs etdiyimiz dövrdə torpaqlar əkin üçün yararlığını tamamilə itirmişdi. İmam Hüseyn (ə.s) həmin şoran torpağa yeni nəfəs – can verdi. “Siz pak idiniz və torpağı pak etdiniz”. (Varis Ziyarəti) Bəli, şəhid yaşadığı məntəqəni pak etməli, şoran torpağı münbit torpağa çevirməlidir. Bu xüsusiyyət şəhidin birinci öhdəliyidir.
Şoran torpağı münbit torpağa çevirən şəhidin ikinci öhdəliyi isə həmin torpağı öz qanı ilə suvarmaqdır. Ancaq burada olduqca mühüm bir məqam var. Əgər torpaq münbit, su bol olarsa, lakin heç bir toxum səpilməzsə, təbii ki, həmin torpaq bar verməyəcək. Buradan belə nəticə əldə edilir ki, münbit torpağı qanları ilə suvarmaq şəhidlərin, toxum səpmək isə sağ qalanların üzərinə düşən başlıca vəzifədir. Bəli, sağ qalanlar həmin münbit torpaqlara fəzilət toxumlarını səpməli və fədakarlıq ağaclarını əkməlidir. Belə olduqda, insan şəhidə dəyər vermiş olur. Şəhidin də bizdən (diri insanlardan) gözləntisi məhz budur. Bu haqda Qurani-Kərimdə də qeyd olunur. 
Allahdan müjdə xəbərini eşitmək
istəyən şəhidlər Allaha sual verir:

وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ


 “Yolumuzu gələnlər varmı?”  (Ali-İmran, 170) Yəni, şəhidlər bilmək istəyir ki, onların qanla suvardığı torpağa toxum səpənlər, ağac əkənlər varmı? Yoxsa onlar həmin torpağı hədər yerə suvarırlar?
Şəhidlər və sağ qalan insanlar: Biri İmam Hüseyn (ə.s), digəri həzrət Zeynəb (s.ə). Daha geniş mənada desək, İmam Hüseyn (ə.s) şoran torpağı münbit torpağa çevirdi, qanı ilə suvardı, həzrət Zeynəb (s.ə) isə həmin münbit torpağa fəzilət toxumlarını səpib, fədakarlıq ağacları əkdi. Amma bunu unutmayaq ki, Əməvilərin ilk işi İmam Hüseyni (ə.s) şəhid etmək və bundan da mühüm istəkləri bu şəhadəti unutdurmaq idi. Ərbəin isə onların istəklərini ürəklərində qoymaqla aşuranı tarixə yazdı. Aşura canların dəyərlərə qurban verilməsi, ərbəin isə həmin qurbanların yaşanması deməkdir. Düşmən aşura günü bütün dəyərlərin dəfn olduğunu güman etdi, lakin ərbəin başa saldı ki, İmam Hüseyn (ə.s) dəfn olsa da, onun ruhu və dəyərlər dəfn olmadı. Beləliklə, həzrət Zeynəb (s.ə) şəhidi şəhid olaraq yaşatdı, ölməsinə izn vermədi, onu diri saxladı. 
Bəli, torpaq pak və münbit olarsa, orada əkdiyin toxumlar da bitəcək. Bu mənada Allah Qurani-Kərimdə buyurur:

وَالْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ… 

“Pak torpağın bitkisi öz Rəbbinin izni ilə (firavan və bol) çıxır.” (Əraf, 58). Həzrət Zeynəb (s.ə) elə bir ağac əkdi ki, ümmət həmin ağacın ətrafına yığıldıqda, kölgəsinin altında toplaşdıqda dövrün İmamı (ə.f) da zühur edəcək. Buna görə də Aşura zühurun müqəddiməsidir. Aşuranı anlamayan zühuru dərk edə bilməz. Aşura ağacının ətrafına dövr etməyən, kölgəsinə sığınmayan intizar əhli ola bilməz. Yəni, insan o vaxt şəhidlərə həqiqi başsağlığı vermiş olur ki, şəhidlərin nə üçün şəhid olduğunu anlayır, dərk edir. Odur ki, hər bir insan şəhidlərin hədəfləri ilə tanış olmalıdır. Şəhidlərin hədəfləri ilə tanış olan və bunu insanlara aşılayan şəxs isə Allah yanında dəyərli insandır. Məhz həzrət Zeynəb (s.ə) bu maariflənməni çox gözəl şəkildə həyata keçirdi. Bu gün bizə də maariflənmək çox lazımdır. Çünki maarifdən uzaq düşən dindar İmam Hüseynin (ə.s) qatili olar. Məhz buna görə həyatımızda islam maarifinə xüsusi yer ayırmalıyıq.

Ehlibeyt Alimi İlahiyatçı Yazar Ramil Bedelov

Next Post
Cevşeni Kebir Duası Video Olarak Yayınlanmıştır

Cevşeni Kebir Duası Video Olarak Yayınlanmıştır

Yorumlar 1

  1. Zehra says:
    3 yıl ago

    Ramil qardas Allah sizi var elesin insallah bizlerde heqiqi aşiq ve heqiqi iman sahibi olaraq olerik Amin

    Yanıtla

Bir yanıt yazın Yanıtı iptal et

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

ÇOK OKUNANLAR

TEVESSÜL DUASI

Aralık 17, 2020

KUMEYL DUASI

Aralık 17, 2020

HZ İMAM ALİ’NİN (a.s) SABAH DUASI

Aralık 17, 2020

CEVŞEN-İ KEBİR DUASI

Aralık 17, 2020

MUCİR DUASI

Aralık 17, 2020

BUNLARA DA GÖZ ATIN

Mahşerde şehitlerin gıpta edeceği sancaktar: Hz. Celal Abbas (a.s) – Hasan Karabulut

Mahşerde şehitlerin gıpta edeceği sancaktar: Hz. Celal Abbas (a.s) – Hasan Karabulut

Şubat 3, 2025
TOPLUMA BAKIŞ AÇISI | İSLAM

TOPLUMA BAKIŞ AÇISI | İSLAM

Mayıs 17, 2023

Şubat 21, 2023
RAMAZAN BAYRAMINIZ MÜBAREK OLSUN | BAYRAM

RAMAZAN BAYRAMINIZ MÜBAREK OLSUN | BAYRAM

Nisan 22, 2023
Ehlibeyt Medya

© 2020 Ehlibeyt Medya | Bütün Hakkı Saklıdır. (All rights reserved.)

Menü

  • Anasayfa
  • İletişim

Bizi Takip Edin

No Result
View All Result
  • ANASAYFA
  • EHLİBEYT
  • KUR-AN’I KERİM
    • Cüzlere Göre Kur-an’ı Kerim
    • Sırasıyla Sureler Görüntülü ve Sesli Okunuşu
    • Meşhur Kârilerin Sesleriyle Kur’an-i Kerim
      • Abdulbasit Abdussamed
  • DUALAR
    • Dua Videoları
    • İlahiler
    • Günlük namazlardan sonra okunulan dualar
    • Meşhur Dualar
    • Münacatlar
    • Ziyaret Duaları
    • Haftanın Günleri Duası
  • HADİSLER
    • Peygamber Efendimiz Hz. Muhammed (s.a.a.) ve Ehlibeyt Aleyhumusselamdan Hayatımızın Her Alanına Işık Tutan Bilgiler ve Tavsiyeler (Hadisler)
  • KÖŞE YAZARLARI
    • Hasan Karabulut
    • Ramil Bedelov
    • Ramin İgidov
    • Haşim Erdoğan
    • Ahmed Erdem
    • Ahmet Alçiçek
    • Ammar İlter
    • Behlül Salmanlı
    • Celal Erdem
    • Serdar Aytekin
    • Ehliman Rüsdemov
    • Bayram Dalga
    • Ali Akın Caba
    • Yusuf Toprak
    • Muhammet Sayan
  • DİNİ SOHBETLER
    • Hasan Karabulut
      • Cem TV Gündem Ehli Beyt Programları
      • Erbain
      • Aşura Konuşmaları
      • Habertürk TV Yeni Bakışlar Programları
      • HRT Akdeniz TV Programları
      • Zuhur TV Programları
    • Behlül Salmanlı
    • Haşim Erdoğan
    • Ahmet Erdem
    • Ramin İgidov
    • Ahmet Alçiçek
    • Ehliman Rüsdemov
    • Ramil Bedelov
  • KİTAPLAR
  • SORU-CEVAP
  • İLETİŞİM

© 2020 Ehlibeyt Medya | Bütün Hakkı Saklıdır. (All rights reserved.)

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In