NƏ ÜÇÜN DİNİ MƏRASİMLƏR KEÇİRİLİR?
Bu gün bizim cəmiyyətdə ünvanlanan suallardan biri də məhz dini mərasimlərin keçirilməsi ilə bağlıdır. Məzhəbindən aslı olmayaraq günümüzün insanları Qurban və Ramazan bayramlarından əlavə, Peyğəmbər (s) və Əhlibeytinin (ə) təvəllüd günlərini və eləcə də şəhid olduqları günləri qeyd etməyin mahiyyəti və faydası haqda maraqlanırlar.
Lakin burada təəssüf olunası məqam budur ki, bəzən belə mərasimlərin mahiyyəti və faydası barədə maraqlanan insanlara bizim cavabımız yalnız bu mərasimləri keçirmənin fəziləti barədə olan hədisləri səsləndirməkdən və ya tövsiyələrdən ibarət olur. Düşünürəm ki, bu günlərin yad olunması barədə dinimizdə vəd olunan savablar və mərasimləri keçirmənin fəziləti haqda olan hədislər bu sualın yetərli c…
1. Dini və mənəvi aspekt
Mərasimləri keçirmək ilahi bir tapşırıqdır. Necə ki,
Qurani-Kərimdə oxuyuruq: “… Allahın) günlərini xatırlat. Bunda çox səbr və
şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var
(İbrahim,5)
Bütün zamanlar Allaha məxsus olsa da bu ayədə Allahın xüsusi günlərindən məqsəd o günlərdir ki, onda mühüm hadisələr baş vermişdir. Allah və elçisi yada düşmüş, xatırlanmışdır.
Həmçinin Peyğəmbərimizn (s) risaləti qarşısında Onun (s) ǝhlibeyt üzvlərinə sevgi və rəğbət göstərmək də Qurani-Kərimdə qeyd olunubdur:
“…(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində əhli-beytə sevgidən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!”. Hədislərdə də bizə ç…
2. Təlim və tərbiyə aspekti
Peyğəmbər və əhlibeytini yaşatmaq və anmaq məqsədi ilə mərasimlərini keçirmənin təlim və tərbiyə baxımından da çox faydası vardır:
a) Dini önəmli şəxsiyyətlərimizn cəmiyyətin
yaddaşında daim yaşaması üçün.
b) Dinimizin və Qurani-Kərimin düzgün anlamı yönündə Peyğəmbər və əhlibeytinin fikirlərini öyrənmək və kəlamlarından ibrət alınmaq baxımından.
c) Canlı islam və Quran olan bu şəxslərin sirə və həyat tərzlərinin insanlara örnək kimi tanıtdırılması üçün.
d) Onların Allah və dinimizin yaşaması üçün
mübarizələri, amal və məqsədlərinin cəmiyyətdə
qorunması və yaşadılmasından ötrü.
Bəzən hadisələr onda olan ibrət və dərslərdən dolayı bir məktəbə çevrilir. Məktəb də yaşamağı labüd edir. Hadisənin qəhramanlarının kimliyi və qoy…
canlanma əslində həmin ali məqsədlərə tərəf bir təşviqatdır. Onların hədəfi ümmətin islah olunması, həqiqi İslamın qorunması, batilin həqiqi kimliyinin üzə çıxarılması, batilin necə çirkin bir mövqe olduğunun sübut olunmasıdır.
Belə mərasimlər bizə Allahın qüdrətinə, izzətinə, əzəmətinə sığınaraq, ixlaslı bir niyyətlə və Allah övliyasının əlindən tutaraq hansı ali insaniyyət məqamlarını fəth etməyin mümkünlüyünü əyani olaraq anlatmış olur.
3. Tarixin yaşadılması aspekti
Tarixdə mühüm şəxsləri yaşadan onların etdikləri, bəşəriyyətə töhfələr verdiyi əsərləri, ixtira və kəşfləridi Buna görə də onları yaşatmaq onların yolunun və sahəsinin yaşamasına gətirib çıxarır. Məsələn, nə qədər ki, Azərbaycan dövləti var, Nizami Gəncəvi, Fizuli, Mirzə Ələkbər Sabir və s. xatırlanmalı, anılmalıdır. Çünki onları yaşatmaq əslində
Azərbaycan klassik ədəbiyyatını yaşatmağa xidmət edir. Eləcə də, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlər unudulmamalıdır. Məlum olduğu kimi, Azərbaycan xalqının azad, suveren və rifah içində yaşamasında onların fədakarlığı olub.
Tarixdə hər hansı hadisənin bir daha baş verməməsi üçün hadisəni törədən səbəblərin daim diqqət mərkəzində saxlanılması üçün də…
Sonda çox təəssüflə qeyd olunmalı məqam budur ki, əsrlərdir dünyada kifayət qədər Peyğəmbər və imamların, ziyarətinin, onlara həsr olunan
mərasimlərin və əzadarlığının əleyhinə istər fiziki, istər
hüquqi və istərsə də ideoloji mübarizə aparılmaqdadır. Bəziləri bu şəxsiyyətləri və hadisəni xatırlamağı bidət və lazımsız hadisə kimi təqdim edərək, insanları bu mərasimlərdən soyutmağa çalışır. Bu keçmişdə də olub, bu gün də davam etməkdədir.
Ancaq narahat olmağa dəyməz. Onların ədalətsiz saldırılarına baxmayaraq bu faydalı ən-ənə keçmişdən bu günümüzə gəlibsə, demək ki, heç nəyə nail ola bilməmişlər. Olmayacaqlar da. Çünki şəxsiyyətləri yaşadan da elə Yaradan özüdür.
Haci Ramin İgidov